"Saf bir dünya görmək istədim" - İntihar edən gəncin son sözləri

"Saf bir dünya görmək istədim" - İntihar edən gəncin son sözləri
SOSİAL
12:59 30.06.2018
11870
Hamının gözü dolmuşdu... Valideynləri, qohumları, dostları, müəllim və kurs yoldaşları 22 yaşlı Ramizin vaxtsız ölümünü kədərlə qarşılayırdı. Elə mərasim evinə girən zaman başsağlığı verdiyimiz hər bir yaxını onun savadlı, qabiliyyətli, nümunəvi bir gənc olduğundan danışırdı.

AZXEBER.COM "oxu.az”a istinadən xəbər verir ki, mayın 20-də Bakıda intihar etmiş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft mühəndisliyi ixtisasının IV kurs tələbəsi 22 yaşlı Ramiz Şahmalıyevin 40 mərasimi keçirilirdi.

Vestibüldə Ramizin şəkillərindən ibarət stend mənim də diqqətimi çəkdi. Üzündə gülüş və həyat eşqi həkk olan bu gənc niyə özünə qıysın ki?!

Bu suala cavab almaq üçün 22 yaşlı gəncin həyat hekayəsini və bu hekayənin acı sonunun təfərrüatını ailəsindən dinlədik.

Nə sual verəcəyimi, söhbətə haradan giriş edəcəyimi bilmirdim. Ananın kədərini gördükcə, boğazımda düyünlənmiş qəhəri gizlətməyə çalışırdım.

 


Ramizin anası Sübhanə xanım oğlunun nümunəvi uşaq olmağından danışdı:

"Oğlum uşaqlıqdan savadlı və qeyri-adi qabiliyyətinə görə yaşıdlarından fərqlənirdi. O, birinci sinifə beş yaşında getsə də, tezliklə sinfin birincisinə çevrildi. Ağıllı, tərbiyəli, hər şeyin yerini bilən uşaq idi. Özünü hər çətinlikdə sınamağı sevirdi.

Altı və yeddinci sinifi Quba Özəl Türk liseyində davam etdirmiş, akademik Zərifə Əliyeva adına liseyin məzunu olmuşdu. Məktəb illərində "İnformatika və proqramlaşdlrma” fənnindən şəhər üzrə birinci və respublika üzrə dördüncü yerə layiq görülmüşdü. 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft mühəndisliyi ixtisasına qəbul olmuşdu”.
 

 



Mərhumun anası deyir ki, oğlu universitetin birinci kursunda Dünya Neft Qaz Mühəndisləri (SPE) cəmiyyətinin Gənc İstedadlar layihəsinə seçilib:

"Beş Xəzəryanı ölkə arasında keçirilmiş müsabiqədə təqaüd proqramını qazanmışdı.

ADNA-da SPE-nin prezidenti seçilmişdi. İkinci kursdan etibarən ABŞ-la müştərək elmi tədqiqat işi aparmağa başlamışdı. Uğurları həddən artıq çox idi. Magistr təhsilini ABŞ-da davam etdirmək üçün dəvət almışdı. Daha sonra isə Azərbaycana qayıdıb, vətəni üçün çalışmaq istəyirdi”. 
 

OXŞAR XƏBƏRLƏR