Türkiyənin məşhur müğənnisi Safiye Soyman Amerikada konsert verib.
AZXEBER.COM xəbər verir ki, müğənnini izləmək üçün Amerikada yaşayan türklərlə yanaşı, azərbaycanlılar da məkana axın ediblər.
Bir zamanlar çəkdiyi videolar ilə məşhurlaşan və hal-hazırda Amerikada yaşayan aparıcı, aktyor Elçin Allahverdiyev (Elçin Viner.red ) müğənninin görüntülərini paylaşıb.
Azərbaycana olan sevgisini dilə gətirən Soyman sevənlərinə salam göndərib:
"Azərbaycanı çox sevirəm. Məni hər zaman mahnılarımla qarşılayırlar. Azərbaycandan doymuram. Hər kəsi salamlayıram, sizi çox sevirəm”.
Aysel