Safurə də ilin albomunda

Safurə də ilin albomunda
MAQAZİN
18:46 16.03.2026
60
Xalq artisti Aygün Kazımovanın 40 illik səhnə fəaliyyətinə həsr olunan "Best of Aygun – 40” albomunun təqdimatına sayılı günlər qalıb.

AZXEBER.COM xəbər verir ki, layihədə yer alacaq daha bir məşhur ifaçının adı bəlli olub. "Avroviziya” təmsilçilərimizdən olan Safurə Əliyeva da albom üçün Pop kraliçasının məşhur hitlərindən birini səsləndirəcək. Lakin Safurənin hansı mahnını seçdiyi hələlik sirr olaraq saxlanılır.

Qeyd edək ki, Safurə Əliyeva illər əvvəl "Yeni ulduz” müsabiqəsində iştirak edərkən Aygün Kazımova münsif kürsüsündə əyləşib.

Xatırladaq ki, "Best of Aygun – 40” albomunda Günel Zeynalova, Tunar Rğhmanoğlu, Samirə ƏliMəryəm, Lətifə, Mehin Hümbətova, Samirə Əfəndi, Sevda Yahyayeva, Elçin Cəfərov və digər tanınmış ifaçılar da yer alacaq. Ümumilikdə isə layihədə 40 sənətçi Aygün Kazımovanın hitlərini yeni tərzdə təqdim edəcək.

Layihənin ötən il təqdim edilən birinci hissəsi  "Best of Aygun - All stars” albomu böyük səs-küy doğurmuşdu.
OXŞAR XƏBƏRLƏR