Şagird məktəbin üçüncü mərtəbəsindən yıxıldı

Şagird məktəbin üçüncü mərtəbəsindən yıxıldı
SOSİAL
13:50 29.05.2021
458
Mingəçevirdə şagird məktəbin üçüncü mərtəbəsindən yıxılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Texniki Humanitar Liseydə baş verib.

Liseyin 7-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü Məmmədova Solmaz Telman qızı ehtiyatsızlıq nəticəsində üçmərtəbəli lisey binasının üçüncü mərtəbəsindən yerə yıxılıb.

Müxtəlif bədən xəsarətləri alan şagird xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR