Şagird yerdəyişməsi müvəqqəti dayandırıldı

Şagird yerdəyişməsi müvəqqəti dayandırıldı
SOSİAL
18:15 10.01.2024
183
Bu gün saat 17:00-dan 2023-2024-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılıb.

Elm və Təhsil Nazirliyindən AZXEBER.COM-a verilən xəbərə görə, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, XI sinif üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Məktəbəhazırlıq qrupları və I-X siniflər üzrə elektron yerdəyişmə prosesinin yenidən başlanılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR