Şagirdi döyən məktəb direktoru işdən çıxarıldı - VİDEO

Şagirdi döyən məktəb direktoru işdən çıxarıldı - VİDEO
SOSİAL
11:40 20.12.2018
4307
Cəlilabad Rayon Təhsil Şöbəsi rayonun Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktoru Mübariz Cəfərovun Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntüyə münasibət bildirib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, həmin məktəbin direktor əvəzi Mübariz Cəfərov araşdırma aparılan müddətdə vəzifəsinin icrasından kənarlaşdırılıb: "Yoxlamanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək".
 

OXŞAR XƏBƏRLƏR