Şagirdin zorlanması haqda prokurora müraciət edildi

SOSİAL
14:29 16.06.2016
1651
Şamaxıda müəllimin şagirdi zorlaması faktı ilə bağlı Baş Prokurorluğa müraciət olunub.
Bu barədə ombudsman Elmira Süleymanova jurnalistlərə açıqlamasında bildirib.
Ombudsman qeyd edib ki, Pirbəhli kənd orta məktəbinin 9-cu sinif şagirdinin müəllimi tərəfindən zorlanması faktının araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb: “Hazırda araşdırmaların nəticəsini gözləyirik”.
Qeyd edək ki, Pirbəhli kənd orta məktəbinin müəllimi İbrahimov Elnur Həsənağa oğlu 9-cu sinif şagirdini zorlamaqda təqsirləndirilir.
Qafqazinfo.az
OXŞAR XƏBƏRLƏR