Şagirdinə aşiq olan müəllimdən gözlənilməz ADDIM

Şagirdinə aşiq olan müəllimdən gözlənilməz ADDIM
DÜNYA
00:06 02.02.2023
717

Hindistanın Racastan şəhərində qeyri-adi sevgi hekayəsi baş verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bədən tərbiyəsi müəllimi Aarav Kuntal öz şagirdinə aşiq olub və evlənmək üçün cinsiyyətinin dəyişdirilməsi əməliyyatı keçirib.

Hindistanın şimalındakı Racastan şəhərində yaşayan Aarav Kuntal adlı bədən tərbiyəsi müəllimi əslində qadın olaraq doğulub və ailəsi tərəfindən Meera adını alıb.

Orta məktəbdə Kalpana adlı şagird qıza aşiq olan müəllim cinsini dəyişmək qərarına gəlib və adını Aarav olaraq dəyişib.

Cinsiyyət dəyişdirmə prosesi başa çatdıqdan sonra cütlük ailələrinin razılığı ilə nikaha daxil olub.

Onunla evlən qız açıqlamasında "Mən onu əvvəldən sevirdim. Bu əməliyyatı etməsəydi, onunla yenə də evlənərdim, - deyə bildirib.

Ayşən

OXŞAR XƏBƏRLƏR