Şagirdlər onlara aşağı bal verən müəllimini döyüblər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qəribə hadisə Hindistanın Jarkhand əyalətində baş verib.
Belə ki, şagirdlər imtahandan aşağı qiymət aldıqları üçün riyaziyyat müəllimi və məktəbin inzibatçısını ağaca bağlayaraq döyüblər. Məlum olub ki, hadisə dövlət məktəbinin 11-ci sinif şagirdləri tərəfindən törədilib.
Şagirdlər riyaziyyat müəllimi Suman Kumarın onlara testin praktiki hissəsindən qəsdən pis qiymətlər yazdığını və buna görə də imtahandan qaçdıqlarını bildiriblər.
Məktəb rəhbərliyi hadisə ilə bağlı rəsmi olaraq polisə şikayət etməyib.
Həmin görüntüləri təqdim edirik:
Ayşən