Türkiyəni Diyarbakır şəhərində Mesut Eşen adlı müəllim polislər tərəfindən döyülüb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb gənc müəllimin polisləri telefonla görüntüləməsi olub.
Belə ki, məktəbin həyətinə girərkən Mesut Eşen polislərin mübahisə etmiş şagirdləri döydüyünü görür. O, hadisəni mobil telefon vasitəsilə videoya çəkir. Bunu görən polislər hər kəsin gözü qarşısında müəllimi zorla tutaraq maşına əyləşdiriblər. Gənc müəllimi polis bölməsinə aparan asayiş keşikçiləri burada onu döyərək işgəncə veriblər. Polislərdən biri onun alnına ayaqqabı izi çıxarıb.
Başına gələnləri danışan Mesut Eşen bunları deyib: “Bölmədə 5 polis tərəfindən vəhşicəsinə döyüldüm. Əllərində beyzbol sopası var idi. Hətta biri ayaqqabı ilə alnıma çıxdı.”
Xəstəxanaya aparılan müəllim və ailəsi polisləri məhkəməyə verib.