Şəhriyardan növbəti heç-heçə

Şəhriyardan növbəti heç-heçə
İDMAN
22:55 19.03.2018
2349

Berlində şahmat tacına iddiaçıların turnirində 8-ci turun oyunları keçirilir.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu turda rus şahmatçı Sergey Karyakinlə qarşılaşıb.

Qrossmeysterimiz ilk dövrədə məğlub etdiyi rəqibi ilə bu dəfə bərabərliyə razı olub.

Hazırda xalını 5-ə çatdıran Ş.Məmmədyarov lider Fabiana Karuana ilə müvəqqəti şərikli liderliyə yüksəlib. Karuana bu turda Uesli So ilə qarşılaşır.

OXŞAR XƏBƏRLƏR