Şahbaz Şərif: Pakistan Qəzzada atəşkəsi alqışlayır

Şahbaz Şərif: Pakistan Qəzzada atəşkəsi alqışlayır
DÜNYA
11:05 04.10.2025
169
Pakistan Qəzza zolağında atəşkəsi alqışlayır.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial media hesabında yazıb.

O, Pakistanın Fələstin xalqını ardıcıl olaraq dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini bildirib.

"Biz Fələstin probleminin həlli üçün ABŞ Prezidenti Donald Trampa, eləcə də BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində onunla görüşən Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Türkiyə, İordaniya, Misir və İndoneziya liderlərinə minnətdarıq", - paylaşımda deyilir.

Ş.Şərif qeyd edib ki, HƏMAS-ın bəyanatı atəşkəsə və sülhə yol açır. O, bu fürsətdən istifadə etməyə çağırıb.

"Pakistan Fələstində davamlı sülhə nail olmaq üçün bütün tərəfdaşlar və qardaş ölkələrlə işləməyə davam edəcək", - o yazıb.

Xatırladaq ki, Fələstinin HƏMAS hərəkatı bütün israilli girovları azad etməyə və ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında atəşkəslə bağlı sülh planının detallarını müzakirə etməyə hazır olduğunu rəsmən bəyan edib.
OXŞAR XƏBƏRLƏR