Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər

Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər
DÜNYA
22:53 10.07.2026
184
Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

AZXEBER.COM xəbər verir ki, Ş. Şərif bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Tərəflər regionda yaranmış vəziyyəti müzakirə edərək, son aylarda əldə olunan sülh nailiyyətlərinin qorunması üçün təmkin, dialoq və diplomatiyanın vacibliyini vurğulayıblar.

Ş. Şərif Pakistanın regionda davamlı sülhün təmin olunması naminə qərəzsiz və səmimi vasitəçi kimi rolunu oynamağa hazır olduğunu bir daha bəyan edib.

Söhbət zamanı, həmçinin M. Pezeşkianın bu yaxınlarda İslamabada səfəri çərçivəsində əldə olunan razılaşmaların icrası və ikitərəfli əməkdaşlığın inkişafı məsələləri də müzakirə olunub.
OXŞAR XƏBƏRLƏR