Şahbuzda su anbarından meyit tapılıb

Şahbuzda su anbarından meyit tapılıb
SOSİAL
19:48 21.10.2023
188
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şahbuz rayonu ərazisində yerləşən Heydər Əliyev su anbarında insan meyiti aşkarlanması barədə məlumat daxil olub.

Bu barədə AZXEBER.COM-a FHN-dən bildirilib.

Qeyd olunub ki, əraziyə yaxınlaşmaq üçün nəqliyyat yolu olmadığından köməyə ehtiyac yaranıb.

Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Şahbuz şəhər sakini 20.01.1964-cü il təvəllüdlü Hüseynov Mahir Musa oğluna aid meyit xidmətin sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri tərəfindən qayıq vasitəsilə su anbarının nəqliyyat vasitəsinin yaxınlaşa biləcəyi sahilinə keçirilib və aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR