"Şahdağ" Milli Parkın ərazisində yanğın

"Şahdağ" Milli Parkın ərazisində yanğın
SOSİAL
21:44 08.07.2020
1071
Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında "Şahdağ" Milli Parkın ərazisində 4 ha sahədə kol-kos, quru ot və ağac qırıntıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, yanğın saat 19:00 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

OXŞAR XƏBƏRLƏR