Şahdağda 8 sm qar yağıb - FAKTİKİ HAVA

Şahdağda 8 sm qar yağıb - FAKTİKİ HAVA
SOSİAL
10:10 03.05.2023
101
Faktiki hava açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin mayın 3-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, dağlıq rayonlarda qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 8, Xınalıqda 6, Qrızda 3 sm olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit , yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
OXŞAR XƏBƏRLƏR