"Şahdağ"da faciə - Turist öldü

"Şahdağ"da faciə - Turist öldü
SOSİAL
13:42 03.01.2019
4038
Qusar rayonunda Türkiyə vətəndaşı hoteldə ölüb.

AZXEBER.COM-un Trend-ə istinadən məlumatına görə, hadisə Qusar rayonu ərazisindəki "Şahdağ" Qış-Yay Turizm Kompleksindəki hoteldə qeydə alınıb.

1966-cı il təvəllüdlü Gök Mehmet Reşid oğlu yanvarın 2-də saat 15 radələrində həyat yoldaşı və dostu ilə hoteldə nahar edərkən qəfil halı pisləşib və dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Gök Mehmet Reşid oğlu urək-damar xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR