Sahib İbrahimov: “Manaf sözlərinə görə layiqli cavabını alacaq”

Sahib İbrahimov: “Manaf sözlərinə görə layiqli cavabını alacaq”
MAQAZİN
12:58 04.06.2025
25516
Əməkdar artist Sahib İbrahimovun şou verilişlərindən birində "Manafla Taciri bir tutmayın. Onları bir tərəziyə qoymayın. Tacir məktəbdir. Manafa hörmətim var, amma o, məktəb deyil” fikirlərini səsləndirməsi həmkarı Manaf Ağayev ilə arasında qalmaqala səbəb olub.
 
AZXEBER.COM xəbər verir ki, ötən gün "Tarixin bir günü" verilişində qonaq olan Manaf Ağayev Əməkdar artistin bu fikirlərinə sərt reaksiya verib.
 
O, canlı yayımda Sahib İbrahimovun onu adıçəkilən sənət yoldaşları ilə müqayisə etməsini yaxşı hal hesab etmədiyini deyib: 

"Sahib məni Tacir Şahmalıoğlu ilə müqayisə edəndə çox aşağılayıb. Sahibin başı üçün deyil ki, mənim sənətim haqqında bir söz desin. Tacirin öz yeri var, mənim öz yerim. Ümumiyyətlə, hərənin öz yeri var. Sahib deyir ki, Manafla Taciri bir tərəziyə qoymayın. Niyə? Tacirin hansı ifası məndən üstündür? Onun oxuduğu qədər oxuyaram. Amma siz görün Sahib Tacir kimi oxuya bilərmi? Əlbəttə ki, yox" sözlərini söyləyib.
 
AZXEBER.COM Manaf Ağayevin bu sözləri ilə bağlı Əməkdar artist Sahib İbrahimovun mövqeyini öyrənib.
 
Sənətçi, ilk dəfə belə qalmaqalda adının hallandığını deyib:
 
"Manafın dediklərindən xəbərim var, amma mən qalmaqal edəcək adam deyiləm. Sözümün yerini bilən kişiyəm. Mənim qonaq olduğum verilişdə söhbət sənətdən gedib, mən kiminsə şərəf və layəqəti haqda söz deməmişəm. Bütün dediklərim sənət baxımından doğru bildiklərimdir. Təbii ki, Manaf bəy yaxın günlərdə bu dediklərinin cavabını layiqincə alacaq. Bu günə qədər xalqın içində olan adamam. Mən həyatımı göstəriş üçün yaşamamışam. Sahib olduqlarımın da heç yüzdə birini göstərməmişəm heç kimə. Məni dəstəkləyənlər də çox sağ olsunlar. Görürəm, izləyicilər rəylərdə ünvanıma yaxşı sözlər deyirlər. Mənə görə narahat olmasınlar. Elə canlı yayımda da mən Manafın layiqli cavabını verəcəyəm".
 
Aysel Hacızadə

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi
23:37 14.08.2025
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi