Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib - FOTO

Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib - FOTO
SİYASƏT
11:19 02.11.2025
160
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müxtəlif ölkələrin dövlət, hökumət və parlament rəhbərlərinin iştirak etdiyi tədbirdə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin iştirakçılara müraciəti səsləndirilib. Həmçinin, Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli salamlama nitqi söyləyib.

AZXEBER.COM xəbər verir ki, açılış mərasimi Misir mədəniyyətini əks etdirən bədii proqramın nümayişi ilə davam edib, daha sonra muzeyin ən simvolik artefaktlarının sərgisi nümayiş olunub.

Qeyd edək ki, muzeydə Misir sivilizasiyasının müxtəlif dövrlərinə aid eksponatlar və 100.000-dən çox artefakt mövcuddur.
 
\APA

 

 


 


OXŞAR XƏBƏRLƏR