Sahibə Qafarova: “Düşmənin keçilməz hesab edilən müdafiə xətti yarılıb”

Sahibə Qafarova: “Düşmənin keçilməz hesab edilən müdafiə xətti yarılıb”
SİYASƏT
11:57 06.11.2020
627

"Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Qarabağ savaşı həlledici mərhələyə daxil olub”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, bu gün işğaldan azad edilmiş bir çox kənd, qəsəbə və şəhərdə Azərbaycan bayrağı dalğalanır:

"Son 17 ildə həyata keçirilən ordu quruculuğu hərb meydanında özünü göstərir. Düşmənin keçilməz hesab edilən müdafiə xətti yarılıb. İşğalçı qüvvələrə ağır zərbələr endirilir”.
 
///Apa
OXŞAR XƏBƏRLƏR