Sahibə Qafarova PAİ Assambleyasında iştirak edib

Sahibə Qafarova PAİ Assambleyasında iştirak edib
SİYASƏT
15:40 06.04.2025
501
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana işgüzar səfəri çərçivəsində Daşkənd şəhərində Parlamentlərarası İttifaqın (PAİ) "Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri” mövzusuna həsr edilmiş 150-ci Assambleyasında çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən xəbərə görə, Sahibə Qafarova deyib ki, dünyada baş verən münaqişələr və geosiyasi gərginliklər, iqtisadi bərabərsizliklər, ekoloji və digər çağırışlar sosial inkişafa ciddi maneələr yaradır.

Spiker qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində irəliləyiş çox zəifdir – hədəf üzrə cəmi 17 faiz irəliləyiş müşahidə olunur. Milli Məclisin sədri bildirib ki, bu ilin noyabrında Sosial İnkişaf üzrə İkinci Dünya Sammitinin keçiriləcəyini nəzərə alaraq, cari ümumi müzakirələr təcrübə mübadiləsi, uğurlu nümunələrin paylaşılması və mövqelərimizin ifadə olunması baxımından yaxşı fürsətdir. Həmçinin sosial inkişafa yalnız milli məsələ kimi baxmamaq və beynəlxalq səviyyədə birgə səyləri artırmaq mühüm əhəmiyyətə malikdir.

Azərbaycanda işsizlik və yoxsulluq səviyyəsinin 5.5 faizə endirildiyini nəzərə çatdıran Sahibə Qafarova nəzərə çatdırıb ki, "Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər” sənədi sosial ədalətə əsaslanan dinamik və inklüziv cəmiyyətin yaradılmasını beş milli inkişaf prioritetindən biri kimi təsbit edib. Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini 30 il ərzində işğal altında saxlaması nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
 
Onlardan 250 mindən çoxu Ermənistandan qovulmuş insanlardır. 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsindən sonra, hökumət bu ərazilərin bərpası, minalardan təmizlənməsi, iqtisadi fəaliyyətin yenidən qurulması və yaşıl enerji layihələrinin həyata keçirilməsi sahəsində çox fəal olub. İndiyə qədər təxminən on min nəfər keçmiş məcburi köçkün artıq doğma yurdlarına qayıdıb. 2026-cı ilin sonuna qədər bu rəqəmin 140 minə çatacağı gözlənilir. Bu, insan mərkəzli və dayanıqlı inkişafa yönəlmiş yanaşmamızın daha bir göstəricisidir. Eyni zamanda son 5 ildə Azərbaycan 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları həcmində humanitar, maliyyə və texniki yardım göstərməklə sosial inkişafın dəstəklənməsi istiqamətində beynəlxalq birgə səylərə sadiqliyini aydın şəkildə nümayiş etdirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
18:36 22.06.2025
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
18:23 22.06.2025
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
18:08 22.06.2025
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
17:48 22.06.2025
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
17:33 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
17:18 22.06.2025
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
16:46 22.06.2025
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
16:35 22.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
16:26 22.06.2025
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
16:07 22.06.2025
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
15:48 22.06.2025
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
15:24 22.06.2025
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər
15:10 22.06.2025
Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər
İrandan İsrailə 35 raket atılıb, yaralananlar var
14:48 22.06.2025
İrandan İsrailə 35 raket atılıb, yaralananlar var
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər
14:37 22.06.2025
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər
İran XİN ABŞ-nin nüvə obyektlərinə hücumunu pislədi
14:18 22.06.2025
İran XİN ABŞ-nin nüvə obyektlərinə hücumunu pislədi