Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşdü

Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşdü
SİYASƏT
21:53 29.03.2022
563
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində Almatı şəhərində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə müxtəlif sahələri əhatə edən Azərbaycan-Rusiya münasibətlərinin vacib istiqamətlərindən biri kimi parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bu çərçivədə, parlamentlərin qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, həm Milli Məclisdə, həm də Federal Məclisdə fəaliyyət göstərən dostluq qruplarının, həmçinin Milli Məclis və Federal Məclis arasında daimi fəaliyyət göstərən ikitərəfli parlamentlərarası komissiyanın fəaliyyəti təqdirəlayiqdir.

Parlamentlərin xalqlar arasında oynadığı körpü roluna istinadən iki ölkə arasında humanitar əlaqələr də müzakirə mövzusu olub. Görüş zamanı humanitar sahədə əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib, bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb. Bu mənada, Rusiyada Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsinin, Rusiya və Azərbaycanın gənclər təşəbbüslərinin I Forumunun təşkilinin insanlar arasında əlaqələrin gücləndirilməsi baxımından faydalı olduğu bildirilib.

Görüşdə iqtisadi-ticari əlaqələr də müzakirə olunub. Ötən ilin sonunda qarşılıqlı ticarət dövriyyəsinin 16 faiz artaraq 3 milyard ABŞ dollarından çox olması mühüm göstərici kimi qeyd edilib. İnvestisiya, nəqliyyat, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın əhəmiyyətinə toxunulub.

Həmçinin regionlararası əməkdaşlığın və bu istiqamətdə təşkil olunan forumların praktiki layihələrin reallaşdırılması baxımından ikitərəfli əlaqələr çərçivəsində xüsusi yer tutduğu vurğulanıb.

Milli Məclisin sədri Sahibə Qafarova görüşdə Vətən müharibəsində ölkəmizin əldə etdiyi qələbədən sonra regionda yeni yaranmış vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri barədə də məlumat verərək, qeyd edib ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatına sadiqdir. Lakin həmin bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir. Spiker regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün bəyanatda nəzərdə tutulan bütün prinsiplərin yerinə yetirilməsinin vacibliyini bir daha qeyd edib.

Görüşdə Sahibə Qafarova Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycanla bağlı səsləndirdiyi qərəzli fikirlərlə bağlı etirazını Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun diqqətinə çatdırıb.
 
Valentina Matviyenko məsələnin araşdırılacağını və müvafiq addımlar atılacağını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Omskda Rusiyanın ən iri neftayırma zavoduna PUA hücumu olub
19:40 08.10.2026
Omskda Rusiyanın ən iri neftayırma zavoduna PUA hücumu olub
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
19:38 08.10.2026
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb
19:26 08.10.2026
"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
19:11 08.10.2026
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
18:54 08.10.2026
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
18:41 08.10.2026
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
18:31 08.10.2026
Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
Ukrayna ordusu Başqırdıstanda iri neft emalı və kimya kompleksini vurub
18:18 08.10.2026
Ukrayna ordusu Başqırdıstanda iri neft emalı və kimya kompleksini vurub
Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın
17:48 08.10.2026
Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
17:40 08.10.2026
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
17:19 08.10.2026
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
16:56 08.10.2026
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
Cəbrayılda mina partladı - Xəsarət alan var
16:42 08.10.2026
Cəbrayılda mina partladı - Xəsarət alan var
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
16:34 08.10.2026
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
16:32 08.10.2026
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
16:25 08.10.2026
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?