Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti Macarıstana səfər edib

Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti Macarıstana səfər edib
SİYASƏT
22:12 28.06.2021
1169
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərinə gəlib.

Milli Məclisin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, "Budapeşt Liszt Ferenc” hava limanında nümayəndə heyətimizi Macarıstan parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Attila Tilki, Macarıstan parlamentinin Parlamentlərarası əlaqələr üzrə departamentinin rəhbəri Layoş Kohari, ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Sabah Milli Məclisin nümayəndə heyətinin Budapeştdə rəsmi görüşləri başlayacaq.
OXŞAR XƏBƏRLƏR