Sahibkarlardan Prezidentin köçkünlərlə bağlı çağırışına - Cavab

İQTİSADİYYAT
14:42 10.10.2019
3349
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 8-də bir qrup məcburi köçkünlə keçirilən görüşündə sahibkarlara ünvanlanan müraciətinə Azərbaycanın özəl sektorundan dərhal cavab gəlib.

AZXEBER.COM xəbər verir ki,  "Kristal Abşeron MTK” Prezident İlham Əliyevin məcburi köçkünlər üçün salınan "Qobu Park-2” yaşayış kompleksinin açılışında özəl sektora, Azərbaycanda fəaliyyət göstərən şirkətlərə ünvanlanan çağırışından irəli gələrək məcburi köçkünlər üçün yeni binanın inşasını öz üzərinə götürüb. 

Yeni layihəyə, həmçinin "Kontakt Home” mağazalar şəbəkəsi və "Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti də qoşulub. Özəl şirkətlərin sosial məsuliyyət öhdəliyindən irəli gələrək reallaşacaq binada 50 mənzil "Kristal Abşeron MTK”, 10 mənzil "Kontakt Home” mağazalar şəbəkəsi, 10 mənzil isə "Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa olunacaq. 

Xatırladaq ki, Prezident İlham Əliyev "Qobu Park-2” yaşayış kompleksinin açılışı zamanı çıxışında Azərbaycan şirkətlərinə, özəl sektora həmrəylik və sosial məsuliyyət nümayiş etdirərək ağır vəziyyətdə yaşayan məcburi köçkünlər üçün yeni binaların inşası prosesinə dəstək olmaqla bağlı çağırış edib. Dövlət tərəfindən özəl sektora daim dəstək göstərildiyini, kreditlər ayrıldığını deyən Prezident İlham Əliyev sahibkarları daha da məsuliyyətli olmağa və məcburi köçkünlər üçün mənzillərin inşasında fəal iştirak etməyə çağırıb. Dövlət başçısı bundan sonra  Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Kömitəsinə qeyd olunan istiqamətdə müraciətlərin sayının artacağına əminliyini də bildirib.  

Hazırda dövlət tərəfindən həyata keçirilən "Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələlərinin yeni mənzillərlə təmin edilməsi” layihəsi üzrə məcburi köçkünlər üçün yeni binalar, yaşayış kompleksləri inşa olunmaqdadır. Bu günədək məcburi köçkünlər üçün 100-dən çox qəsəbə salınıb.

Qeyd edək ki, 2018-ci ildə istifədəyə verilən "Qobu Park-1” və ötən gün istifadəyə verilən "Qobu Park-2” yaşayış kompleksi, eyni zamanda hazırda tikintisi reallaşan "Qobu Park-3” yaşayış kompleksi özəl sektorun hesabına salınıb. Bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:25 09.07.2020

Həftəsonu sərt karantin olan ərazilərdə yenidən postlar qurula bilər - AÇIQLAMA

15:22 09.07.2020

İki nəfəri öldürən alkoqollu içki “Yaşıl bazar”da satılırmış

15:17 09.07.2020

Naftalanda aztəminatlı ailələrə “gigiyenik dəst” paylanıldı - FOTOLAR

15:06 09.07.2020

Beş uşaq və hamilə qadın Dağıstandan geri qaytarıldı

14:59 09.07.2020

Rayonlardan Bakıya qanunsuz sərnişin daşıyan şəxslər həbs edildi

14:52 09.07.2020

Bakıda karantin rejimini pozan sahibkar həbs edildi

14:44 09.07.2020

SMS-siz küçəyə çıxanların nəzərinə! - 3 nəfər həbs olundu

14:14 09.07.2020

“Əli Kərimli zəmanəmizin Rəsulzadəsidir” dedi, Milli Şurada qalmaqal yarandı - Video

14:02 09.07.2020

Mehriban Əliyeva Cavid Paşayevin müalicəsini nəzarətə götürdü

13:55 09.07.2020

“Bandotdel”in keçirdiyi əməliyyatın - TƏFƏRRÜATI

13:35 09.07.2020

“Bandotdel” vəzifəli şəxslərə qarşı əməliyyat keçirir

13:12 09.07.2020

Yüzlərlə xəstəni xilas edən həkimin vəziyyəti ağırdır - RƏSMİ

13:08 09.07.2020

Azərbaycanın bu rayonuna giriş-çıxış məhdudlaşdırıldı - Postlar quruldu

12:45 09.07.2020

Şəbnəm Tovuzlu Türkiyəyə getdi, hovuzdan şəkil paylaşdı - FOTO

12:29 09.07.2020

Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı, 8 nəfər saxlanıldı - FOTO

12:06 09.07.2020

DTX-nın həbs etdiyi XİN əməkdaşlarının şikayətləri rədd edildi