"Sahibkarlığa dəstək siyasəti Ümummilli Liderin strateji kursunun davamıdır"

"Sahibkarlığa dəstək siyasəti Ümummilli Liderin strateji kursunun davamıdır"
İQTİSADİYYAT
17:52 11.12.2025
269
İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri Tural Mustafayev Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına göstərdiyi dəstək və diqqətlə bağlı açıqlama verib.

AZXEBER.COM xəbər verir ki, o açıqlamasında bildirib ki, Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar və sahibkar təbəqəsinə göstərilən xüsusi qayğı ölkədə KOS sektorunun möhkəm təməllər üzərində formalaşmasına şərait yaradıb. Qeyd olunur ki, ulu öndərin strateji baxışı, qanunvericilik islahatları və biznes mühitinin yaxşılaşdırılması ilə bağlı atdığı addımlar sahibkarlığın ölkə iqtisadiyyatının aparıcı dayaqlarından birinə çevrilməsində mühüm rol oynayıb.

Tural Mustafayev bildirib ki, bu gün Azərbaycanda dinamik və rəqabətqabiliyyətli biznes ekosisteminin mövcudluğu məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursunun nəticəsidir. Onun sözlərinə görə, sahibkarlığın stimullaşdırılması istiqamətində hazırda görülən işlər də ulu öndərin müəyyən etdiyi strateji xəttin ardıcıl davamı kimi qiymətləndirilməlidir.

"İCMA olaraq Ümummilli Liderimiz Heydər Əliyevin sahibkarlığa verdiyi dəyəri yüksək qiymətləndirir və onun iqtisadi irsinin ölkənin davamlı inkişafına mühüm töhfə verdiyini hesab edirik”, — açıqlamada vurğulanır.
OXŞAR XƏBƏRLƏR