Sahibkarlığın İnkişafı Fonduna yeni sədr təyin edilib

İQTİSADİYYAT
16:22 12.08.2020
680
Kənan Nəcəfov Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Bu barədə AZXEBER.COM-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunur ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ölkəmizdə özəl biznesə dövlət dəstəyinin göstərilməsi, sahibkarların güzəştli şərtlərlə kreditləşdirilməsi, iş adamlarının maarifləndirilməsi və onlara məsləhət xidmətlərinin göstərilməsi, habelə real sektora investisiya qoyuluşunun stimullaşdırılması istiqamətində fəaliyyət göstərir.

 Fond hazırda bank sektoru ilə yanaşı, sahibkarlıq layihələrinin maliyyələşdirilməsi sahəsində də dövlət  dəstəyinin göstərilməsində fəal iştirak edir. Bu sahədə aparılan islahatların davamı olaraq Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətinin və idarəetmə proseslərinin keyfiyyətinin yüksəldilməsi, Fondun menecmentinin müasir standartlara uzlaşdırılması, habelə sahibkarlığın maliyyələşdirilməsi sahəsində bank və özəl sektorla əlaqələndirmənin dərinləşdirilməsi nəzərdə tutulur.

Həyata keçirilən islahatların səmərəliliyini təmin etmək məqsədilə İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə Kənan Nəcəfov Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin məzunu olan Kənan Nəcəfov ABŞ-ın Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbində biznes inzibatçılığı, Amerikan Universitetinin Vaşinqton Hüquq Kollecində beynəlxalq biznes hüququ üzrə magistr dərəcələrini əldə edib. O, xarici ölkələrdə tanınmış beynəlxalq şirkətlərin menecmentində, o cümlədən "Baker Botts LLP” hüquq firmasında, "BP”, "Exane BNP Paribas”, "Citigroup” şirkətlərində işləyib, həmçinin, Dünya Bankının Azərbaycan nümayəndəliyində çalışıb, Azərbaycanda "Nobel Oil” şirkətində Baş icraçı direktorun müavini olub. Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyin edilənədək sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:55 24.09.2020

Bakının mərkəzində böyük ilan peyda oldu - VİDEO

14:41 24.09.2020

Azərbaycanın döyüş təyyarələri gecə uçuşları keçirdi - VİDEO

14:26 24.09.2020

Nazirlik fitnes zallarının necə fəaliyyət göstərə biləcəyini açıqladı

14:17 24.09.2020

Şöbə müdiri məktəblərdə koronavirusla bağlı vəziyyətdən danışdı

14:05 24.09.2020

Mikayıl Cabbarov: “İqtisadi geriləmə gözlədiyimizdən az olacaq"

14:00 24.09.2020

Canlı efirdə aktrisaya evlilik təklifi edildi - VİDEO

13:58 24.09.2020

Mikayıl Cabbarov: “Gələn il vacib sərmayə qərarı üçün işlər yekunlaşacaq”

13:54 24.09.2020

"Uçurum" və "Bir qadın"ın yeni bölümündə nələr olacaq? - VİDEO

13:50 24.09.2020

Dünya ikinci dalğanın astanasında - Azərbaycanda nələr olacaq?

13:47 24.09.2020

Kanadada koronavirusun ikinci dalğası elan olundu

13:34 24.09.2020

"AzerGold” istiqrazlarının dövriyyəyə buraxılması ilə bağlı “Açılış zəngi” mərasimi keçirilib - FOTO

13:31 24.09.2020

46 yaşlı kişi universitetə qəbul oldu - FOTO

13:25 24.09.2020

Təcavüzə uğrayan qadının hekayəsi canlı yayımda hər kəsi ağlatdı - VİDEO

13:18 24.09.2020

Suriyadan Qarabağa erməni silahlıları gətirildi - Azərbaycana qarşı döyüşmək üçün

13:17 24.09.2020

Bakıda üç yaşlı qızı oğurlamaqda təqsirləndirilən qadına hökm oxundu

13:14 24.09.2020

Prezident AAYDA-ya 12,5 milyon manat ayırdı

X Mostbet