Sahibsiz itlər kişiyə hücum edərək qulağını qopardı

Sahibsiz itlər kişiyə hücum edərək qulağını qopardı
SOSİAL
21:32 05.12.2021
382
Kürdəmir sakini sahibsiz itlərin hücumuna məruz qalıb.
 
Hadisə QarasaqqaI kəndində qeydə alınıb.
 
Yerli sakin, 49 yaşlı Məmmədov Qurban Əhəd oğlu kənddə gəzərkən sahibsiz itlər ona hücum edib. Heyvanlar Q.Məmmədovun sağ qulağını dişləyərək qoparıb.
 
Zərərçələn ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər ona quduzluq əleyhinə zərdab vurublar.
 
Xəstəxanadan AZXEBER.COM-a verilən məlumata görə, cari ildə Kürdəmirdə 300 nəfərdən çox sakin sahibsiz itlərin hücumuna məruz qalıb.
 
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR