Bu gün Polşanın Krakov şəhərində Ukrayna və Azərbaycan milli komandaları arasında qarşılaşma keçiriləcək. Görüş AVRO-2026-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq və hər iki komanda üçün turnir cədvəlində mövqeyini möhkəmləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.
"Səbail" klubunun sabiq baş məşqçisi Şahin Diniyev AZXEBER.COM-a matç haqda gözləntilərini açıqlayıb.
O qeyd edib ki, Ukrayna ilə oyun bizim üçün çox çətin olacaq:
"Bütün oyunlar bizim üçün çətindir. Çünki biz səviyyə baxımından digər komandalardan geri qalırıq. Eyni zamanda Ukrayna ikinci yeri tutmaq üçün mütləq qalib gəlməyə çalışacaq. Həmçinin Bakıda keçirilən oyunu təsadüfi nəticə kimi qeyd etmək istəyəcək. Ukrayna həm fiziki, həm də atletik cəhətdən daha funksional heyətə malikdir. Əgər Fransada fərdi oyunçular oyunu həll edirsə, Ukraynada bu, kollektiv şəkildə – atletik və fiziki futbola üstünlük verərək, cinahlardan asmalara kimi vəziyyətlərdən istifadə etməklə həyata keçirilir. Azərbaycan Fransa ilə ağır oyun keçirib və çox güc sərf edib. 2-3 gün ərzində həmin gücü bərpa edə bilib-bilməməsi isə sual altındadır".
Şahanə Ziyad