Şahin Mustafayev Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

İQTİSADİYYAT
19:05 24.07.2015
1481

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Belarusun Azərbaycandakıfövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviçlə görüşüb.

Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, görüşdə Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi, əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb. Nazir Şahin Mustafayev ölkələr arasında əlaqələrin inkişafında səfir Nikolay Patskeviçin fəaliyyətini qeyd edib.

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı, sənaye, investisiya, əczaçılıq, elmi-texniki, maşınqayırma və neft maşınqayırması avadanlıqlarının birgə istehsalı müəssisələrinin yaradılması sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb.

Nikolay Paskeviç isə öz növbəsindəqəbula görə təşəkkür edib, Azərbaycanın iqtisadi inkişafından məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb.

OXŞAR XƏBƏRLƏR