Şahin Seyidzadə: "Azərbaycanda yeni islahatlar erasına start verilib"

Şahin Seyidzadə: "Azərbaycanda yeni islahatlar erasına start verilib"
SİYASƏT
21:42 11.05.2020
1617
Şahin Seyidzadə
 
Milli Məclisin deputatı 
 
Azərbaycan gələn il müstəqilliyinin 30-cu ilini qeyd edəcək. Son 200 il ərzində Azərbaycan dövləti hələ belə uzunmüddətli müstəqil olmamışdır. Bu həm bir sınağ, həm də bir çağırışdır.

İnstitutlaşdırılmış bir subyekt kimi dövlətimiz hələlik çox gəncdir və yetkinliyə çatmaq yolunda müxtəlif inkişaf mərhələrindən keçir. İnkişafın yeni bir mərhələsi 2018-ci ilin prezident seçkilərindən sonra başlamışdır. Bunu aydın şəkildə dövlət başçısı "yeni islahatlar” erası olaraq elan edərək, onların icrasına başlamışdır.

Aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Strukturda olan dəyişikliklər idarəetmə sistemində islahatlar aparılmasa mümkün deyil. Uğurlu islahatın təməlində uğurlu idarəetmə, uğurlu idarəetmənın təməlində isə peşəkar və durust kadr faktoru durur. Vəzifələri həvvala olunmuş kadr,
 
Prezidentin ətrafında sıx birləşərək onun apardığı islahatı tək sözlə yox, həm də əməllə dəstəkləyirsə, o zaman islahatın ayrılmaz bir parçası olur. Əgər onun amalları və fəaliyyətləri qeyd edilən kimi deyil və dövlətçiliyinə xidmət göstərmirsə bu o deməkdir ki, həmin şəxs islahatlara uyğunlaşmır. "Yol qaydalar”ı açıq, aydın və çox sadədir – riayyət et və yaxud cəzalındarılacaqsan.    

Prezident "sözdən əmələ” yanaşmanı nümayiş etdirir

Cənab Prezidentin dövlət və hökümətin daxilində apardığı yenidən qurma və islahat siyasətində nəzərdə tutduğu istiqamətlər artıq öz bəhrəsini verir. 2 il öncə başlamış hüquqi, institusional və kadr islahatları geniş vüsət alaraq bu gün intensiv formada davam edir. Biz artıq dövlətin bütün sahələrində islahatlara açıq formada şahid oluruq. İslahat elan olunub, "sözdən əmələ” keçərək, icrası başlanılıb. İslahatlara qarşı gedən, islahatlara "mənfi fon” yaradanlara qarşı cəza tədbirləri də elan olunub, "sözdən əməl”ə keçərək, cəzalandırılmanın tətbiqinə başlanılıb. Prezident həm islahat istiqamətində, həm də islahatlara qarşı gedənlərə qarşı cəzanı tətbiq etməkdə "sözdən əmələ” yanaşmasını aydın şəkildə nümayiş etdidir.

İslahatların gətirdiyi qaydaları riayət etməyənlər oyunda "qırmızı kart” alır

Son dövrdə aparılan ciddi kadr və struktur dəyişikliklərini məhz bu cümlə ifadə etmək istərdim. Dövlətçilik və xalqın rifahı naminə qarşıya qoyulan məqsədlərə, islahatlar və strateji planlara əməl etməyənlər kənarlaşdırılmalı, daha doğrusu desək artıq kənarlaşdırılır. İslahatların gətirdiyi qaydalara riayət etməyənlər "qırmızı kart” alır. 

Prezident yeni yanaşmalar və səriştələr gözləyir.

Prezident hakimiyyətin üç qolunda da islahatlara start vermişdir. 2018-ci ilin prezident seçkilərindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Nazirlər Kabinetində, Prezident Administrasiyasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, digər qurumlarda aparılan struktur və kadr islahatları start götürmüşdür.

10 mart 2020-ci il tarixində keçirilən altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında cənab Prezident İlham Əliyev öz çıxışında bu islahatların artıq ölkənin qanunvericilik orqanında başlanmasını elan etmişdir: "Ona görə islahatların dərinləşməsi, əlbəttə ki, parlamentdən yan keçə bilməzdi. Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur...”.

Prezident qanunvericilik sahəsi üzrə, qanunların təkmilləşdirilməsi, qanun və sərəncamların icrasında nəzarət funksiyasına əməl edilməsində yeni tapşırıqlar vermişdir. İslahat dövründə hər kəsə yeni vəzifə və yeni hədəflər qoyulur. Prezident yeni yanaşmalar və səriştələr gözləyir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İngiltərə Avropa çempionu oldu
09:59 29.06.2025
İngiltərə Avropa çempionu oldu
Murat Dalkılıç bu aktrisa ilə sevgilidir
09:57 29.06.2025
Murat Dalkılıç bu aktrisa ilə sevgilidir
DİM Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı keçirəcək
09:53 29.06.2025
DİM Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı keçirəcək
Yevlaxda ağır qəza, ər öldü, arvadı yaralandı
09:52 29.06.2025
Yevlaxda ağır qəza, ər öldü, arvadı yaralandı
Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb - FOTOLAR
09:50 29.06.2025
Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb - FOTOLAR
Qayınanasını öldürdü, arvadı ilə baldızını yaraladı
09:48 29.06.2025
Qayınanasını öldürdü, arvadı ilə baldızını yaraladı
Pakistanda 5,8 bal gücündə zəlzələ qeydə alınıb
09:44 29.06.2025
Pakistanda 5,8 bal gücündə zəlzələ qeydə alınıb
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi