Milli Məclisin deputatı Şahin Seyidzadənin 50 saylı Abşeron-Qobustan seçki dairəsində yaşayan seçicilərlə növbəti onlayn qəbulu baş tutub.
AZXEBER.COM xəbər verir ki, karantin dövrünün şərtlərini nəzərə alaraq seçicilərin müraciətləri əsasında onlayn zənglər ilə bu gün 10 vətəndaşın qəbulunu həyata keçirən millət vəkili onların problemlərini dinləyib. Abşeron (Qobu, Hökməli, Atyalı qəsəbələri) və Qobustan (Qobustan şəhəri, Təklə Mirzəbaba kəndi) rayonlarından olan seçicilərin məşğulluq, hüquq, torpaq, idman və sağlamlıq sahələri üzrə müraciətlərini dinləyən Ş.Seyidzadə onlarln müvafiq sənədlərini qəbul edərək, növbəti addımlarla bağlı istiqamətlər verib.
#evdəqal #Abşeron #Qobustan #MilliMəclis #seyidzade50