Şahmat tacı uğrunda mübarizə: Karlsen ikinci dəfə qalib gəldi

İDMAN
23:40 05.12.2021
231
Rusiyalı qrossmeyster Yan Nepomnyaşi və norveçli Maqnus Karlsen arasında dünya şahmat tacı uğrunda mübarizənin səkkizinci partiyası ikincinin qələbəsilə nəticələnib.

AZXEBER.COM "Oxu.az"a istinadən xəbər verir ki, hazırda ümumi hesab 5:3 norveçlinin xeyrinədir.

Qeyd edək ki, şahmatçılar arasında ilk beş və yeddinci partiyalarda heç-heçə qeydə alınıb. Altıncı və səkkizinci partiyalarda isə Karlsen üstün olub. Növbəti partiya dekabrın 7-də baş tutacaq.

OXŞAR XƏBƏRLƏR