Şahmat üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib

Şahmat üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib
İDMAN
19:04 21.02.2026
950
Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab görüşləri keçirilib.

AZXEBER.COM xəbər verir ki, cavab oyunlarında rəmzi ilk gedişi gənclər və idman naziri F
ərid Qayıbov edib.
Şəhriyar Məmmədyarov-Məhəmməd Muradlı mübarizəsində cavab oyunu həlledici olub.

Ağ fiqurlarla çıxış edən M.Muradlı gərgin görüşdə qalib gəlib. İki görüşün yekun nəticəsinə əsasən 1,5-0,5 hesabıyla qələbə qazanan M.Muradlı Azərbaycan çempionu tituluna sahib çıxıb.

Yarışın reytinq favoriti Ş.Məmmədyarov ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, hazırda digər görüşlər davam edir.
OXŞAR XƏBƏRLƏR