Kollektivimiz həlledici matçda Ermənistan komandası ilə qarşılaşıb
Bu gün Polşanın paytaxtı Varşavada komandalararası Avropa çempionatı başa çatıb. AZXEBER.COM-un məlumatına görə, 9-cu turda Azərbaycan millisi Ermənistan yığmasının şahmatçıları ilə qarşılaşıblar. Gərgin mübarizədə bütün lövhələrdə heç-heçə qeydə alınıb - 2:2. Bu, nəticə komandamız üçün sərfəli olub. İkinci masada oynayan Fransa yığması Rusiya kollektivinə uduzduğundan (2,5:1,5) yığmamız birinciliyini möhkəmləndirib. Ümumi hesabda 14 xal toplayan Azərbaycan millisi tarixində 2-ci dəfə komandalararası Avropa çempionu olub. Azərbaycan- Ermənistan - 2:2 Şəhriyar Məmmədyarov - Levon Aronyan 0,5:0,5 Teymur Rəcəbov - Sergey Movsesyan 0,5:0,5 Rauf Məmmədov - Vladimir Akopyan 0,5:0,5 Qədir Hüseynov - Qabriel Sərkisyan 0,5:0,5