Ötən gün Gəncə şəhərində xəstəxanaya yerləşdirilən Xalq artisti Şahnaz Haşımova müalicəsinin davamı üçün Bakıya gətirilir.
AZXEBER.COM xəbər verir ki, bu barədə Əməkdar artist Aybəniz Haşımova məlumat verib.
O bildirib ki, Şahnaz Haşımovanın müalicəsi Gömrük Hospitalında davam etdiriləcək.
Qeyd edək ki, 66 yaşlı Şahnaz Haşımova şəkər və hipertoniya xəstəliyindən əziyyət çəkir.