Şahruddin Avropada həftənin ən yaxşı qapıçısı oldu

Şahruddin Avropada həftənin ən yaxşı qapıçısı oldu
İDMAN
12:12 27.03.2021
3477
"FedEx" şirkəti DÇ-2022-nin seçmə mərhələsinin ilk turunun  ən yaxşı 3 futbolçusunu seçib.

AZXEBER.COM xəbər verir ki, millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev həftənin ən yaxşılarından olub. 

26 yaşlı qolkiper Portuqaliya ilə matçda (0:1) 14 qurtarış etməklə 3-cü olub.

Birinci pillədə Türkiyə yığmasının kapitanı Burak Yılmaz, ikinci yerdə isə Çexiya millisindən Tomas Suçekdir. Yılmaz Niderlandla  qarşılaşmada (4:2), Suçek isə Estoniya ilə matçda het-trik edib.
OXŞAR XƏBƏRLƏR