Şahruddin Məhəmmədəliyev ”Adana Dəmirspor”la vidalaşıb

İDMAN
22:46 26.06.2024
214

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin "Adana Dəmirspor” komandası ilə yollarını ayırıb.

Bu barədə qapıçı özü sosial media hesabında paylaşım edib.

Qolkiper paylaşımına, "Hər şey üçün təşəkkürlər, Adana”, - şərhini yazıb.

Qeyd edək ki, futbolçu ötən ilin yayında "Qarabağ”dan Adana təmsilçisinə keçib. Ş. Məhəmmədəliyev bu komandanın heyətində 25 matçda 40 qol buraxıb.

OXŞAR XƏBƏRLƏR