Şahrudin Azərbaycan millisinin heyətindən çıxarılıb

Şahrudin Azərbaycan millisinin heyətindən çıxarılıb
İDMAN
09:16 25.03.2025
206
Şahrudin Məhəmmədəliyev Azərbaycan millisinin heyətindən çıxarılıb.

AZXEBER.COM AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna qapıçının zədələnməsi səbəb olub.

Onun əvəzinə "Səbail”in üzvü Əlirza Müştəbazadə milliyə dəvət alıb.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. "Bank Respublika Arena”da təşkil olunacaq oyun saat 21:45-də başlayacaq.
OXŞAR XƏBƏRLƏR