Şahzadə Cihangirin ürəkləri dağlayan ölüm səhnəsi - VIDEO

MAQAZİN
12:04 27.02.2014
1688

Şahzadə Mustafanı xilas edə bilmədiyi üçün vicdan əzabı ilə yatağa düşən şahzadənin ölümü gecəyə damğasını vurdu

Qanuni Sultan Süleymanıın emriylə boğularaq öldürülən Şahzadə Mustafanın ardından "Muhteşem Yüzyıl"da ürəkləri dağlayan daha bir ölüm yaşandı. AZXEBER.COM-un məlumatına görə, serialın dünən yayımlanan 125-ci bölümündə, şahzadə Mustafanı xilas edə bilmədiyi üçün vicdan əzabı ilə yatağa düşən şahzadə Cihangirin ürəkləri dağladan ölümü gecəyə damğasını vurdu. şahzadə Cihangirin ölüm səhnəsi sosial mediada da böyük səs-küyə səbəb olub.
Hürrəm Sultanın dördüncü oğlu olaraq 1531-ci ildə dünyaya gələn şahzade Cihangir çok sevdiyi və hörmətlə bağlı olduğu böyük qardaşını itirdikdən sonra yeməkdən-içməkdən kəsilir. Bir müddətdən belə davam etdikdən sonra onun halı pisləşir. Çarə tapa bilməyən həkimlər onun ağrılarını sakitləşdirmək üçün ona tiryək siropu verirlər.
Oğluna qarşı böyük bir çarəsizlik içində qalan Sultan Süleyman daha bir oğlunun gözlərinin önündə yox olub getməsinə tab gətirməyəcəyini deyərək, şahzadə Səlimden onu paytaxta götürməsini istəyir. Lakin artıq gec idi. Həkimlər düçar olduğu melonxolik xəstəliyindən qurtulmayan və acılar içində qıvrılan şahzadə Cihangirin ölüm saatlarının yaxınlaşdığını ona bildirirlər.
Oğlunun başının üstündə çarəsizlik dolu gözlərlə acılar içində gözləyən Sultan Süleyman oğlu Cihangirin "Qurtar bəni ata. Azad et ruhumu. Nolar ata..." çığırtılarına dözə bilməyərək, tiryək siropunu öz əlləri ilə son dəfə oğluna uzadır.
Şahzadə Cihangir bir müddətdən sonra "'Güllərin qoxusunu duyursanmı ata?" deyərək Sultan Süleymanın gözləri önünde son nəfəsini verdi.
"Ata, bu yük çox ağırdı" deyərək ölümə gedən Şəhzadə Cihangir, böyük qardaşı Şəhzadə Mustafanın ölümündən qısa müddət sonra Hələbdə səfər zamanı 22 yaşındaykən vəfat etdi.
 
OXŞAR XƏBƏRLƏR