Uels şahzadəsi Diana ölümünün 26-cı ildönümündə İngiltərənin paytaxtı Londonda Kensinqton Sarayının qarşısında pərəstişkarları tərəfindən anılıb.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, saraya gələnlər Diananın fotoşəkilləri önünə gül qoyublar.
Şahzadə Diananı "Xalqın Şahzadəsi" adlandıran londonlular Diana üçün böyük pankartlar da hazırlayıblar.
Qeyd edək ki, o 1997-ci ildə 36 yaşında Parisdə baş verən yol qəzasında dünyasını dəyişib.
Şəbnəm