Şahzadə Frederik de Nassau 22 yaşında vəfat etdi

Şahzadə Frederik de Nassau 22 yaşında vəfat etdi
DÜNYA
13:16 10.03.2025
196
Lüksemburqun Böyük Hersoqu Anrinin qardaşı oğlu şahzadə Frederik de Nassau 22 yaşında genetik xəstəlikdən vəfat edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Belçikanın RTBF telekanalı məlumat yayıb.

Telekanal qeyd edir ki, şahzadə nadir, sağalmaz genetik xəstəlik olan POLG xəstəliyindən əziyyət çəkirdi və 14 yaşından onun erkən ölümə məhkum olduğunu bilirdi.
 
Onun Parisdəki xəstəxanada öldüyü məlum olub.

Aysel
OXŞAR XƏBƏRLƏR