Şahzadə Harrinin həyat yoldaşının atasına göndərdiyi məktubun təfərrüatları məlum olub

Şahzadə Harrinin həyat yoldaşının atasına göndərdiyi məktubun təfərrüatları məlum olub
DÜNYA
00:43 26.10.2026
216
Şahzadə Harrinin həyat yoldaşı olan Sasseks hersoginyası Meqan Marklın uzun illərdir münasibət saxlamadığı atası Tomas Markla göndərdiyi məktubun təfərrüatları üzə çıxıb.

BBC xəbər verir ki, Meqan Markl 2025-ci ildə atası Tomas Markla göndərdiyi məktubda onun azyaşlı qızlara qarşı zorakılıq törətməsi ilə bağlı iddialardan həm özünün, həm də hüquq-mühafizə orqanlarının xəbərdar olduğunu bildirib.

Hersoginyaya yaxın mənbələrin məlumatına görə, Meqan məktubunda atasının nəvələri Arçi və Lilibetlə heç vaxt görüşməyəcəyini və onunla bir daha əlaqə saxlamayacağını qeyd edib. Məktubun 82 yaşlı Tomas Markla Filippində ayağının amputasiya edilməsindən sonra xəstəxanada müalicə aldığı vaxt göndərildiyi bildirilir.

Mediada yayılan məlumatlara əsasən, Tomas Marklın Filippindəki keçmiş evində uşaqlara qarşı cinsi zorakılıq məzmunlu görüntülər aşkar edilib. Bundan əlavə, Böyük Britaniya polisi 2019-cu ildə Meqan Marklı atasına qarşı irəli sürülən zorakılıq iddiaları barədə məlumatlandırıb.

Tomas Markl isə bütün ittihamları rədd edir.

Qeyd edək ki, Meqan Markl 2018-ci ildən atası ilə əlaqə saxlamır. Tomas Markl həmin il səhhətində yaranan problemləri əsas gətirərək qızının Şahzadə Harri ilə toy mərasimində iştirak etməyib. 2025-ci ildə göndərilən məktubun ata ilə qız arasında uzun illər davam edən gərgin münasibətlərə birdəfəlik son qoyduğu bildirilir.
 
///azərtac///
OXŞAR XƏBƏRLƏR