Kruiz gəmisi konteynerdaşıyan gəmi ilə toqquşub

Kruiz gəmisi konteynerdaşıyan gəmi ilə toqquşub
DÜNYA
01:30 26.10.2026
170
Almaniyanın şimalındakı Bremerhafen şəhərinin limanından çıxan "Mein Schiff 3” kruiz gəmisi konteynerdaşıyan gəmi ilə toqquşub.

Bu barədə "Nordsee-Zeitung” qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində konteynerdaşıyan gəminin gövdəsinin yan hissəsi zədələnib və təxminən 10 metr uzunluğunda yarıq əmələ gəlib.

İlkin ehtimallara görə, qəzaya güclü külək səbəb ola bilər. Küləyin şiddətli əsməsi kruiz gəmisinin manevr etməsini çətinləşdirib.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Bununla belə, kruiz gəmisində olan sərnişinlərin hadisədən ciddi sarsıntı keçirdiyi bildirilir.

Toqquşmanın dəqiq səbəbləri və başvermə şəraiti araşdırılır.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR