Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl oğurluqda iddiham edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, onun 1695 dollar qiyməti olan dizayner donunu oğurladığı deyilir.
Məlumata görə, iddialara səbəb Meqanın "Netflix"dəki layihəsinin Yeni il reklamı üçün geyindiyi 1695 dollar dəyərində, zümrüd rəngli donun dizaynerdən icazə almadan mənimsəməsidir.
Bir neçə moda nəşri bunun Meqanın 2022-ci ildə Variety jurnalının üz qabığındakı fotosessiya üçün geyindiyi eyni don olduğunu təsdiqləyib.
Jurnalist Vanessa Qriqoriadis podkastında bildirib ki, Markl həmin çəkilişdən sonra bir neçə əşyanı, o cümlədən sözügedən libası icazəsiz götürüb. O iddia edib ki, bu hal ilk dəfədir baş vermir.
Geyimin müəllifi Tom Bauer də həmçinin bildirib ki, şahzadə bəzən çəkiliş meydançalarından icazəsiz əşyalar götürür.
O, digər çəkilişlərin birində Meqan Marklın bir cüt dizayner ayaqqabısını da icazəsiz götürdüyünü bildirib.
Onun sözlərinə görə daha sonra Meqan, Şahzadə Harri ilə nişanını qeyd etmək üçün etdirdiyi fotosessiyada bu ayaqqabıları geyinib.
Aysel











































