Şair Balayar Sadiq insult keçirib

Şair Balayar Sadiq insult keçirib
SOSİAL
21:36 22.10.2023
177

Şair Balayar Sadiq insult keçirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, Balayar Sadiq oğlu Əliyev huşsuz vəziyyətdə 22.10.2023-cü il tarixində Təcili Tibbi Yardım avtomobili ilə TƏBİB-in tabeliyində Kliniki Tibbi Mərkəzə gətirilib.

O, Kliniki Tibbi Mərkəzə gətirildikdən sonra kompüter tomoqrafiyası edilib. Həkimlərin müayinəsinə əsasən ona işemik insult diaqnozu qoyulub. Nitqində problem yaranıb.

Hazırda o, reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

OXŞAR XƏBƏRLƏR