O, dövlət çevrilişinə cəhddə ittiham olunubQətərin tanınmış şairi Məhəmməd əl-Əcəmiyə ömürlük iş kəsilib. O, dövlət çevrilişinə cəhddə ittiham olunub.«İbn əz-Zeyb» təxəllüsü ilə yazan Məhəmməd əl-Əcəmi bir il öncə Tunisdəki inqilaba poema həsr etdiyi üçün Doxada həbs olunub. Həmin əsərdə o, ərəb dövlətlərindəki hakimiyyətləri «oğurluqda suçlandırıb».Bəzi təhlilçilər Qətəri bölgədə daha təsiredici ölkə sayır. Bunun səbəblərindən biri kimi ölkədə fəaliyyət göstərən «Al Jazeera» telekanalı göstərilir. Onu da qeyd edək ki, hakimiyyət Liviya və Suriyadakı müxalifəti dəstəkləyib.