Sakinlər icra hakimiyyətindən kömək istədilər

SİYASƏT
15:08 31.05.2013
1540

İsmayıllı rayonun Basqal kəndi ilə əlaqəsi kəsilib.

Xəbər verildiyi kimi, mayın 29-da İsmayıllıya yağan leysan yağışılar rayona ciddi ziyan vurub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yağışlar nəticəsində İsmayıllı Muğanlı aşırımında sürüşmə daha da aktivləşib və proses davam edir. Aşırımın 1-12-ci kilometrliyi aktiv sürüşmə zonası elan olunub. Muğanlı aşırımında yol bağlanıb. Lakin bu gün səhər saatlarında İsmayıllı rayon yol istismar idarəsi problemi aradan qaldırılıb. İsmayıllı rayonunun Basqal kəndində isə sel əhalinin daimi istifadə etdyi körpüdə bir çox fəsadlar yaradıb. Belə ki, körpünün sütünları yerindən oynayıb, nəticədə körpüdə çökmə əmələ gəlib. Hazırda leysan yağışların nəticəsində rayona dəyən ziyanın məbləği araşdırılır. Sakinlər təbii fəlakətlə bağlı yerli icra hakimiyyətinə yardım üçün müraciət etsələr də, hələlik maraqlanan olmayıb.

OXŞAR XƏBƏRLƏR