Sakinlərin nəzərinə: Su kəsiləcək

Sakinlərin nəzərinə: Su kəsiləcək
SOSİAL
17:35 23.05.2024
214
Sumqayıt şəhərində suyun verilişində fasilələr yaranacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərsu” ASC-nin "Sumqayıt Sukanal İdarəsi”ndən” məlumat verilib.

Qeyd olunub ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran d 450 mm-lik su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq, 2024-cü il mayın 24-ü səhər saat 09:00-dan axşam saat 22:00-a qədər kəmərin su ilə təmin etdiyi Kotec qəsəbəsi, Kimyaçılar qəsəbəsi, 26-cı məhəllə, Xəzər bağları, 7-8-12 ci məhəllələrin bir hissəsinə suyun verilişində fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR