"Şakir paşa ve ailesi"nin ikinci sezonu ləğv edildi

"Şakir paşa ve ailesi"nin ikinci sezonu ləğv edildi
MAQAZİN
10:28 22.07.2025
247
Türkiyənin adı qalmaqalllarda hallanan serialı "Şakir Paşa ailesi: Mucizeler ve skandallar”ın ikinci sezonu ləğv edilib.

AZXEBER.COM xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

Buna səbəb serialın artan xərcləri olduğu bildirilir.

Qeyd edək ki, serial son illərin ən mübahisəli istehsallarından biri kimi tarixə düşüb. Ekran işi Türkiyə Milli Teleradio və Yayım Şurası tərəfindən 2 dəfə cərimələnib. İki dəfə çəkiliş meydançasında yanğın baş verib. Sonuncu yanğında istehsalat üzrə menecer, "Taki” ləqəbli Serkan Sükyan vəfat edib.

Ekran işinin finalı ilə bağlı iddialar səslənsə də, daha sonra ikinci sezonun çəkiləcəyi açıqlanmışdı. Serialın prodüseri Fatih Aksoy isə "Bu xərclərlə bir dövr dramı çəkmək mümkün deyil. İkinci sezonu ləğv etmək qərarı aldıq” deyə bildirib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR