Şakira hamilədir?

Şakira hamilədir?
15:28 26.06.2012
2048
Dünyaşöhrətli müğənni Şakira hamilədir. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Kolumbiyalı ulduzun atası, bəlkə də, təsadüfdən qızının hamilə olduğunu açıqlayıb. Bu yaxınlarda Uilyam Mebarakın jurnalistlərə müsahibəsində səbirsizliklə baba olacağı günü gözlədiyini bildirməsi dərhal Shakira və futbol ulduzu Herard Pikenin uşaq gözləmələri haqqındakı söz-söhbətə əsas verib. “Ümid edirəm ki, yaxın vaxtlarda rəsmi açıqlama verilər - deyə müğənninin atası bildirib və əlavə edib ki, biz qızımızın xoşbəxtliyini görəndə çox xoşbəxt oluruq. O çox yaxşı gəncdir”.
OXŞAR XƏBƏRLƏR